Səlamullahi kamilut-tammu İmam Zamana (ə.f) təvəssül duası
سَلامُ الله الكامِلُ التَّامُّ الشَّامِلُ العامُّ وَصَلَواتُهُ الدَّائِمَةُ وَبَرَكاتُهُ القائِمَةُ التَّامَّةُ عَلى حُجَّةِ الله وَوَليِّهِ في أرضِهِ وَبِلادِهِ وَخَليفَتِهِ عَلى خَلقِهِ وَعِبادِهِ وَسُلالَةِ النُّبوَّةِ وَبَقيَّةِ العِترَةِ وَالصَّفوَةِ، صاحِبِ الزَّمانِ وَمُظهِرِ الايمانِ وَمُلَقِّنِ أحكامِ القُرآنِ وَمُطَهِّرِ الأرضِ وَناشِرِ العَدلِ في الطّولِ وَالعَرضِ، وَالحُجَّةِ القائِم المَهديِّ الإمام المُنتَظَرِ المَرضيِّ وَابنِ الأئِمَّةِ الطَّاهِرينَ الوَصيِّ بنِ الأوصياءِ المَرضيّينَ الهادي المَعصومِ بنِ الأئِمَّةِ الهُداةِ المَعصومينَ
السَّلامُ عَلَيكَ يا مُعِزَّ المُؤمِنينَ المُستَضعَفينَ السَّلامُ عَلَيكَ يا مُذِلَّ الكافِرينَ المُتَكَبِّرينَ الظَّالِمينَ، السَّلامُ عَلَيكَ يا مَولايَ يا صاحِبَ الزَّمانِ السَّلامُ عَلَيكَ يابنَ رَسولِ الله السَّلامُ عَلَيكَ يابنَ أميرِ المُؤمِنينَ، السَّلامُ عَلَيكَ يابنَ فاطِمَةَ الزَّهراءِ سَيِّدَةِ نِساءِ العالَمينَ، السَّلامُ عَلَيكَ يابنَ الأئِمَّةِ الحُجَجِ المَعصومينَ وَالإمامِ عَلى الخَلقِ أجمَعينَ السَّلامُ عَلَيكَ يا مَولايَ سَلامَ مُخلِصٍ لَكَ في الوِلايَةَ،
أشهَدُ أنَّكَ الإمامُ المَهديُّ قَولاً وَفِعلاً وَأنتَ الَّذي تَملأُ الأرضَ قِسطاً وَعَدلاً بَعدَ ما مُلِئَت ظُلماً وَجَوراً؛ فَعَجَّلَ الله فَرَجَكَ وَسَهَّلَ مَخرَجَكَ وَقَرَّبَ زَمانَكَ وَكَثَّرَ أنصارَكَ وَأعوانَكَ وَأنجَزَ لَكَ ما وَعَدَكَ، فَهُوَ أصدَقُ القائِلينَ: وَنُريدُ أن نَمُنَّ عَلى الَّذينَ استُضعِفوا في الأرضِ وَنَجعَلَهُم أئِمَّةً وَنَجعَلَهُم الوارِثينَ
يا مَولايَ يا صاحِبَ الزَّمانِ، يابنَ رَسولِ الله حاجَتي كذا وكذا (واذكر حاجتك عوض كذا وكذا) فَاشفَع لي في نَجاحِها فَقَد تَوَجَّهتُ إلَيكَ بِحاجَتي لِعِلمي أنَّ لَكَ عِندَ الله شَفاعَةً مَقبولَةً وَمَقاماً مَحموداً، فَبِحَقِّ مَن اختَصَّكُم بِأمرِهِ وَارتَضاكُم لِسِرِّهِ وَبِالشَّأنِ الَّذي لَكُم عِندَ الله بَينَكُم وَبَينَهُ سَلِ الله تَعالى في نُجحِ طَلِبَتي وَإجابَةِ دَعوَتي وَكَشفِ كُربَتي
Səlamullahil kamilut-tammu əş-şamilul ammu və sələvatuhu daimətu və bərəkatuhul qaimətut tamməh, əla huccətillahi və vəliyyihi fi ərdihi və biladih və xəlifətihi əla xalqihi və ibadih və sulalətin nubuvvəti və bəqiyyətil itrəti vəs-səfvəh, Sahibiz Zəmani və muzhiril iman və muləqqini (mulini) əhkaməl Quran və mutəhhiril ərdi və naşiril ədli fit təvlil ərd vəl huccətil Qaimil Məhdiyyil İmamil Muntəzəril Mərziyy (murtəza), vəbnil əimmətit tahirin, əl vəsiyyibnil əvsiyail mərziyyin, əl hadil məsum ibnil əimmətil hudatil məsumin.
Əssəlamu ələykə ya Muizzəl mumininəl mustəzəfin. Əssəlamu ələykə ya muzilləl kafirinəl mutəkəbbirinəz zalimin. Əssəlamu ələykə ya məvlayə ya Sahibəz Zəman. Əssəlamu ələykə yəbnə Rasulillah. Əssəlamu ələykə yəbnə Əmirəl muminin. Əssəlamu ələykə yəbnə Fatimətəz Zəhrai səyyidətin nisail aləmin. Əssəlamu ələykə yəbnəl əimmətil hucəcil məsumin, vəl imami ələl xalqi əcməin. Əssəlamu ələykə ya məvlayə səlamə muxlisin ləkə fil vilayətə.
Əşhədu ənnəkəl İmamul Məhdiyyu qəvlən və fila və əntəlləzi təmləul ərdə qistən və ədla, bə-də ma muliət zulmən və cəvra, fə əccələllahu fərəcəkə və səhhələ məxrəcək və qarrəbə zəmanəkə və kəssərə ənsarəkə və əvanək və əncəzə ləkə ma vəədək, fə huvə əsdəqəl qailin “və nuridu ən nəmunnə ələlləzinəstuzifu fil ərd və nəcələhum əimmətən və nəcələhumul varisin.” (kəza kəza yerinə hacətini istə) ya Məvlayə ya Sahibəz Zəmani yəbnə Rasulillah, hacəti kəza kəza Fəşfəə li fi nəcahiha, fəqəd təvəccəhtu iləykə bi hacəti liilmi, ənnə ləkə indəllahi şəfaətən məqbulətən və məqamən məhmudə, fə bihəqqi mənix-təssəkum bi əmrih, vərtəzakum li sirrihi və biş şə-nilləzi ləkum indəllahi bəynəkum və bəynəh, səlillahə təala fi nuchi və tələbəti və icabəti dəvəti və kəşfi kurbəti.
Allahın kamil, tam, şamil, əhatəli və daimi salamı, əbədi və kamil bərəkətləri Allahın yer üzündəki, Öz diyarındakı höccəti və vəlisinə, məxluqatı və bəndələri üzərindəki xəlifəsinə, nübüvvət sülaləsinə, Əhli-beytin qalan (yer üzündə yaşayan) üzvünə, bəyənilib-seçilmiş zəmanənin sahibinə, imanı aşkar edənə, Quran hökmlərini təlim verənə, yer üzünü zülm və haqsızlıqlardan təmizləyənə, ədaləti dünyanın hər yerində yayana, intizarı çəkilən və Allahın bəyəndiyi Qaimə, Höccətə, İmam Məhdiyə, pak imamların övladına, Allahın razı olduğu vəsilərin övladı olan vəsiyə, hidayət edənə, məsum və hidayətçi məsum imamların övladına olsun!
Salam olsun sənə, ey möminlər və zəiflərə izzət verən! Salam olsun sənə, ey kafirləri, təkəbbürlüləri və zalımları xar edən! Salam olsun sənə, ey mənim mövlam, ey Sahibəz Zəman (zəmanənin sahibi)! Salam olsun sənə, ey Rəsulullahın oğlu! Salam olsun sənə, ey Əmirəlmöminin oğlu! Salam olsun sənə, ey aləmin qadınlarının sərvəri Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey məsum höccət və imamların oğlu və məxluqatın imamı! Salam olsun sənə, ey mənim mövlam. İmamət və vilayətinə ixlasla iman gətirənin salamını məndən qəbul et!
Şəhadət verirəm ki, sən söz və əməldə hidayət olunmuş İmamsan. Sən yer üzünü zülm, haqsızlıq və ədalətsizliklə dolduqdan sonra haqq-ədalətlə dolduracaqsan. Allah sənin zühurunu tezləşdirsin, (qeyb pərdəsi arxasından) çıxmağını asanlaşdırsın, hakimiyyət dövrünü yaxınlaşdırsın, köməkçilərinin sayını artırsın və Onun sənə vəd etdiklərini gerçəkləşdirsin. O, danışanların düzdanışanıdır (və Quranda buyurmuşdur:) “Biz istədik ki, o yerdə üzündə zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.” Ey mənim Mövlam, ey Sahibəz Zəman, ey Rəsulullahın övladı, mənim hacətim bunlardır…
(Kəza kəza sözünün yerinə öz hacətini diləyib belə de:) Belə isə, sən hacətimin qəbul olunmasında mənə şəfaətçi ol və mən hacətimlə sənə üz tutmuşam. Bilirəm ki, sənin Allah dərgahında qəbul olunan və bəyənilən məqamın vardır. Sizi Öz əmrinə (xilafətə) xas bilən, Öz sirrinin qorunması üçün bəyənib-seçənə və sizin Allahın dərgahında olan məqamınıza xatir, Allahdan istə ki, mənim istəyimi rəva etsin, dualarımı qəbul etsin və qəm-qüssəmi aradan qaldırsın. Allahdan nə istəsən rəva olar.
www.imamzaman.blog
¡ Sayta dair materiallar istifadə edildikdə istinad zəruridir!